//club100// The Diary Game-Better Life 12-08.2022. Nanə və limon sevgisi.) burnsteem25

in hive-131355 •  2 months ago 

Collage_20220812_182932.jpg

Salam. Hər vaxtınız xeyir olsun. Necəsiniz? Kollajdakı fotoları görüb yəqin ki, ağlınıza gəlməyən şey qalmadı. Tətil, dəniz, hovuz, bahalı otel, dünyaca ünlü istirahət mərkəzlərindən biri. Şəkillərdə yanılmamısınız. Doğruçu şəkillərdi, amma o yerdəki mən deyiləm. Bəlkə də nə vaxtsa mən də olacağam. Bu günkü gün oradakı mən deyiləm. Bəli, xalx istirahət edir. Bəs mən nə ilə məşğulam:) İsti ilə əlyaxa savaş moodundayam. Ev isti olur, həyətə düşürəm. Həyət isti olur, evə çıxıram. Elə bu savaşın ortasında hər yay elədiyimiz bir yay içkisi düşüb. Nanə və limon qarışımı içkisi. Belə ikili heç yerdə ola bilməz. Yayda 40 dərəcə istidə qaynar çayı ağızlarını yandıra-yandıra içənləri şiddətlə qınayıram. Soyuducudan buz kimi suyu götürüb başına çəkənləri də. Ən faydalısı və dadlısı nanə limon suyudu. Tez axtarıb elə bu məqsəd üçün saxladığım qapaqlı şüşəmi gətirdim. Xoşbəxtlikdən evdə limon var, həyət də nanə ilə doludu.

IMG_20220812_184329.jpg

Hazırlanması çox sadədi. Bir şüşə qaynanmış su götürüb içinə yarım limonu atırsınız, bir də bir - iki budaq nanə. Qaynanmış su məsələsində fikirlər haçalaşa bilər. Bioloqlar suyu qaynatmadan içməyi məsləhət görürlər. Qaynadanda tərkibindəki faydalı mikroorqanizmlər ölürmüş. Amma bizim suyumuz qaynanmamış içməyə yaramır. Ekoloji cəhətdən o qədər də təmiz deyil. Beləliklə, nanə və limon suyu.

IMG_20220812_150459.jpg

Görünüşü də çox cəlbedicidi, deyilmi? Şüşəni əlimdə gəzdirib bilmədim haraya qoyumsa. Həm faydalı içkim reklam olunsun, həm də fon maraqlı olsun:)

IMG_20220812_150440.jpg

IMG_20220812_150348.jpg

Hal hazırda başqa bir faydalı iş ilə məşğulam. Həyətimizdəki reyhanları yığıb qış üçün qurutmağa təmizləmək. Evimizdə hamıdan çox mən işlədirəm reyhan, nanə qurusunu. Çox əyləncəli işdi. Ən gözəl tərəfi də odu ki, adamın əlindən reyhan iyi gəlir. Yuyanda da getmir.

IMG_20220812_181638.jpg

Axşam da qonaq gedəcəyik. İndi hər aktivite mövzu qltlığı dönəmində bir post mövzusudur. Ona görə də həvəslə hazırlaşıram. Siz də özünüzə göz qulaq olun 😊
@gulaybagirzade
25 % to @null

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!